“Göztəpə”nin braziliyalı hücumçusu Xuan Silva Rusiya Premyer Liqasına transfer olunur.

Metbuat.az xəbər verir ki, 24 yaşlı futbolçu CSKA Moskva ilə razılığa gəlib. Məlumata görə, “Göztəpə”nin Xuan Silvanın transferindən 15 milyon avro və bonuslar əldə edəcək. Bildirilir ki, İzmir təmsilçisi braziliyalını 900 min avroya heyətinə qatmışdı.

Qeyd edək ki, braziliyalı hücumçu 2024-2025 mövsümündə İngiltərənin “Sauthempton” klubundan “Göztəpə”yə icarəyə verilmişdi. Daha sonra “Göztəpə” onun transfer hüquqlarını 900 min avroya əldə edib. Xuan Silva ilk mövsümündə klubun heyətində 28 rəsmi oyunda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 2025-2026 mövsümündə isə braziliyalı Super Liqada 32 matçda 11 qol və 4 məhsuldar ötürmə ilə karyera rekordunu yeniləyib.