Tanınmış türkiyəli müğənni Gülben Ergen sosial şəbəkələrdə yeni addımı ilə gündəmə gəlib. Sənətçi "Instagram" platformasında ödənişli abunə (Subscriptions) funksiyasını aktivləşdirərək eksklüziv məzmununu yalnız ödəniş edən izləyicilər üçün əlçatan edib.

Metbuat.az yerli mediaya istinadən xəbər verir ki, Ergen yeni sistemi bikinili videolarını paylaşmaqla təqdim edib. Ödənişli abunəçilər sənətçinin xüsusi paylaşımlarına, hekayələrinə və yalnız onlar üçün hazırlanan eksklüziv məzmuna çıxış əldə edə bilirlər. Aylıq abunə haqqı isə 79,99 türk lirəsi müəyyən edilib.

Yeni funksiyaya maraq ilk gündən yüksək olub. Məlumata görə, ilk 24 saat ərzində 1.100-dən çox istifadəçi Gülben Ergenin ödənişli abunəsinə qoşulub. Bunun nəticəsində sənətçi təkcə ilk gecədə təxminən 100 min türk lirəsi gəlir əldə edib.