İsti havalarda orqanizmin maye itkisi artır. Su ilə yanaşı, tərkibində yüksək miqdarda su olan meyvə və tərəvəzlər də orqanizmin maye balansını qorumağa kömək edir.

Metbuat.az xəbər verir ki, dietoloqların sözlərinə görə, tərkibində 90 faizdən çox su olan çiyələk, qarpız, kahı, kərəviz, xiyar, pomidor, kələm və bişmiş balqabaq gündəlik maye ehtiyacının qarşılanmasına dəstək olur.

Mütəxəssislər qeyd edirlər ki, insan orqanizminin təxminən 60 faizi sudan ibarətdir. Susuzluğun əsas əlamətləri ağız quruluğu, baş ağrısı, halsızlıq və tünd rəngli sidikdir. Onların fikrincə, şorba, smuzi, salat və yoqurt kimi qidalar da maye qəbulunu artırsa da, susuzluq hissi yarandıqda ən təsirli vasitə kifayət qədər su içməkdir.