“"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Texniki direktoru Rəşad Göyüşov öz ərizəsinə əsasən vəzifəsindən ayrılıb.
Metbuat.az Report-a istinadən xəbərv verir ki, bu barədə ASCO-dan bildirilib.
Məlumata əsasən, bununla bağlı səhmdar cəmiyyətin İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.
Qeyd edilib ki, R.Göyüşovun ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.