İtaliyada gənclərin kùtləvi şəkildə böyük şəhərlərə axın etməsi minlərlə kəndin boşalmasına səbəb olub. Bu problem Siciliya adasında özünü daha qabarıq formada göstərir.
Metbuat.az xəbər verir ki, Siciliyanın Sambuco bölgəsində sahibsiz qalmış evlərin sayı sürətlə artır. Bölgəni dirçəltmək istəyən yerli hakimiyyət sahiblərinin tərk etdiyi evləri simvolik qiymətə satışa çıxarıb. Qiymət 1 avrodan başlayır.
İngiltərənin "Express" qəzeti bu barədə geniş məqalə dərc edib. KİV təklifin göründüyü qədər cazibədar olmadığını yazıb.
"Evlərin satış qiyməti 1 dollardan başlayır. Bəzən rəqabət nəticəsində qiymət min, hətta on min dəfə yüksəlir. Üstəlik, rəsmi sənədləşdirmə və vergi ödənişi ciddi xərc tələb edir. Evlərin çoxu yararsız haldadır. Onları təmir etmək üçün xeyli pul lazımdır. 1 avroya satılan evin min dərdi var", - "Exspress"in məqaləsində belə deyilir.