Futbol üzrə Argentina yığma komandasının kapitanı Lionel Messi Dünya Çempionatının finalında İspaniyaya məğlub olmalarından danışıb. Əfsanəvi futbolçu təmsil etdiyi komandanın dünyanın ən yaxşılarından olduğunu deyib.

Metbuat.az xəbər verir ki, 39 yaşlı futbolçu özünün və komanda yoldaşlarının qələbə üçün əzmlə çalışdıqlarını bildirib: "Dünya çempionu ola bilmədik. Amma belə mötəbər turnirdə final oynadıq. Biz üst-ustə ikinci dəfədir ki, Dünya Çempionatında final oynayırıq. Çünki biz dünyanın ən yaxşı komandalarından biriyik".

Əfsanəvi futbolçu dünya kubokuna sahib ola bilmədikləri üçün kədərləndiyini gizlətməyib: "Çox ağir yara aldıq. Bu yara uzun müddət sagalmayacaq. Amma bütün xatirələrimiz kədərli deyil. Hesabda geri düşdüyümüz halda sarsılmaz iradəmiz sayəsində qalib gəldiyimiz matçlar var. Tərəfdarlarımıza sonsuz xoşbəxtlik bəxş etdiyimiz həmin oyunları xatirlayıb təsəlli tapırıq".