Futbol tarixinin ən maraqlı hekayələrindən biri reallaşmaq üzrədir. 2007-ci ildə Lionel Messinin qucağında saxladığı körpə Lamine Yamal 19 il sonra onun qarşısına Dünya Kubokunun finalında rəqib kimi çıxacaq.
Metbuat.az xəbər verir ki, həmin vaxt Lionel Messi 20 yaşında idi və "Barselona" klubunda karyerasının yüksəliş mərhələsinə yeni başlamışdı. Klub UNICEF ilə əməkdaşlıq çərçivəsində "Diario Sport" qəzeti üçün xeyriyyə məqsədli təqvim layihəsi hazırlamışdı. Layihə çərçivəsində futbolçular yerli ailələrin uşaqları ilə fotosessiyaya qatılırdı.
Barselonanın yaxınlığındakı Mataro şəhərində keçirilən püşkatmada Lamine Yamalın ailəsi seçilmişdi. O zaman cəmi 5 aylıq olan Lamine Yamal "Camp Nou" stadionunda Lionel Messi ilə fotosessiyada iştirak etmişdi.
Çəkiliş zamanı lentə alınan ən yadda qalan görüntülərdən biri Messinin körpə Yamala qulluq etdiyi, onu vannada çimizdirdiyi, dəsmala bükərək qucağında saxladığı fotolar olub.
Həmin gün heç kim gələcəkdə bu körpənin dünyanın ən istedadlı futbolçularından birinə çevriləcəyini düşünmürdü. İllər sonra Lamine Yamal futbol dünyasının parlayan simalarından birinə çevrildi və indi Messi ilə ən böyük futbol səhnəsində — Dünya Kubokunun finalında üz-üzə gələcək.
Qeyd edək ki, Dünya Çempionatı Bakı vaxtı ilə 23:00-da baş tutacaq.

