İspaniya futbol üzrə dünya çempionatının finalında Argentinaya qalib gələrək qızıl medallara sahib çıxıb.
Metbuat.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda oynanılan qarşılaşmada ispanlar 1:0 hesablı qələbə qazanıblar.
Qalibiyyət qolu əlavə vaxtda vurulub. 106-cı dəqiqədə Ferran Torres qapını dəqiq nişan alıb.
01:21
Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyununda əsas vaxt başa çatıb.
Metbuat.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən final matçında qapılara qol vurulmayıb - 0:0.
Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq. Əgər burada da qələbə qazanan tərəf olmasa penaltilər seriyasına ehtiyac duyulacaq.
Argentina seçməsi qarşılaşmanı 10 nəfərlə davam etdirir. Enzo Fernandes 90+3-cü dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalanıb.