"Arsenal"ın hücumçusu Qabriel Jesusun yay transfer pəncərəsində komandadan ayrılacağı gözlənilir.

Metbuat.az xəbər verir ki, bu barədə klubun sabiq futbolçusu Jeremi Alyader məlumat verib. Onun sözlərinə görə, Jesusun gedişi transfer büdcəsini artıracaq və yeni hücumçu üçün yer açacaq. İddialara görə, London təmsilçisi əsas hədəflərdən biri kimi "Atletiko Madrid"in hücumçusu Xulian Alvaresi nəzərdən keçirir. İspaniya klubu argentinalı forvardı satmağa razıdır, lakin bunun üçün 150 milyon avro tələb edir. Bu məbləğ ödənilərsə, İngiltərə futbolu tarixinin ən bahalı transferi reallaşacaq.

Qeyd edək ki, "Barselona" klubu da Xulian Alvaresi transfer etmək istəyir.