“Qalatasaray” transfer bazarında növbəti addımını öz sabiq futbolçusuna yönəldib.

Metbuat.az xəbər verir ki, İstanbul klubu hazırda Belçikanın “Vesterlo” komandasında çıxış edən Emin Bayramı yenidən heyətinə qatmaq istəyir. Türkiyə mətbuatında yer alan məlumata görə, rəhbərlik 22 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün ilkin təmaslara başlayıb. “Qalatasaray”ın məşqçi heyəti Emin Bayramın son mövsümdəki çıxışını yaxından izləyib.

Müdafiəçinin sabit performansı, hava mübarizələrindəki üstünlüyü və müdafiə xəttinə əlavə rəqabət gətirə biləcək potensialı transfer qərarında mühüm rol oynayıb. Xatırladaq ki, Emin Bayram ötən mövsüm “Vestərlo”nun heyətində 39 qarşılaşmada forma geyinib.