“Arsenal” “Yuventus”un ulduzu Kənan Yıldızı transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, Premyer Liqa təmsilçisi gənc futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib. Belçikalı jurnalist Saşa Tavolyerinin iddiasına görə, London klubu 21 yaşlı hücumçu üçün 100 milyon avroluq təklif paketi hazırlayır. Bildirilir ki, baş məşqçi Mikel Arteta Kənan Yıldızı komandasının gələcək layihəsində əsas fiqurlardan biri kimi görür.

“Yuventus” rəhbərliyi türk futbolçunu komandada saxlamaq niyyətində olsa da, yüksək məbləğli təklifin vəziyyəti dəyişə biləcəyi qeyd olunur. Bildirilir ki, Kənan Yıldızın mümkün transferi baş tutarsa, o, futbol tarixində ən yüksək transfer haqqı ödənilən türk futbolçu kimi rekord qıracaq. Gənc oyunçu son mövsüm göstərdiyi performansla Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.