Sağlam qidalanma və bədənin ehtiyac duyduğu faydalı yağ turşularını almaq barədə düşünəndə ağla ilk gələn təbii ki, balıq olur. Lakin mütəxəssislərin son araşdırmaları və tövsiyələri bu mövzuda fərqli nəticə ortaya qoyub.

Metbuat.az xəbər verir ki, söhbət aşağı kalorili olmasına baxmayaraq, zəngin qida dəyəri ilə ön plana çıxan pərpətöyündən (səmizotu) gedir. Alimlər bu yaşıl yarpaqlı tərəvəzin tərkibində bir çox balıq növündən daha faydalı və sıx Omega-3 yağ asitləri olduğunu müəyyən ediblər.

Müasir qidalanma elmində artıq sıradan bir göyərti deyil, birbaşa “funksional qida” kateqoriyasında dəyərləndirilən pərpətöyün orqanizmə hüceyrə səviyyəsində dəstək verir. Laboratoriya araşdırmaları göstərir ki, bu bitkinin bədəndəki stressi azaltmaq qabiliyyəti təxmin ediləndən qat-qat yüksəkdir. Tərkibindəki güclü antioksidantlar, vitamin və minerallar sayəsində pərpətöyün yalnız həzm sistemini tənzimləmir, həm də ümumi bədən balansını qoruyur, zehni sağlamlığı və yaddaşı gücləndirir. Bu səbəbdən bədənin Omega-3 əskikliyini tamamlamaq və sağlam bir orqanizmə sahib olmaq üçün pərpətöyün salatlarını gündəlik qidalanma rasionuna daxil etmək ən təbii və dadlı üsul hesab olunur.