Duz insan orqanizminin normal fəaliyyəti üçün vacib mineral sayılır.

Metbuat.az bildirir ki, natrium və xlorid ionları sinir siqnallarının ötürülməsi, əzələ fəaliyyəti və bədəndə maye balansının tənzimlənməsində mühüm rol oynayır.

Mütəxəssislərin bildirdiyinə görə, sağlam yetkin insan üçün gündəlik təxminən 1 çay qaşığı (təxminən 2400 mq) duz kifayət edir.

Lakin normadan artıq duz qəbul edilməsi əllərdə, ayaqlarda və üzdə şişkinlik, bədəndə su yığılması və güclü susuzluq hissi ilə özünü göstərir.

Uzunmüddətli çox duz qəbulu böyrəklərə yük salır, qan təzyiqini artırır və ürək-damar xəstəlikləri, insult riskini yüksəldir. Həmçinin kalsium itkisinə səbəb olaraq sümüklərin zəifləməsinə gətirib çıxara bilər.

Mütəxəssislər bildirirlər ki, duz orqanizm üçün vacib olsa da, həm azlığı, həm də çoxluğu sağlamlığa mənfi təsir göstərə bilər və balanslı qəbul əsas şərtdir.

Bir çox sağlam və qida dəyəri yüksək olan qidalarda təbii olaraq az miqdarda duz olur. Bunlara meyvələr, tərəvəzlər, taxıllar, çiy qoz-fındıq, paxlalılar və toxumlar daxildir. Bu cür təbii qidalar duzla bağlı xəstəliklərin riskini azaldır.