Alimlərin araşdırmalarına görə, nəfəsalma texnikaları insan sağlamlığına müsbət təsir göstərə bilər.

Metbuat.az xəbər verir ki, yavaş və ritmik nəfəs məşqləri orqanizmdə stress reaksiyasını azaldır, sinir sistemini sakitləşdirir və ürək döyüntüsünü tarazlamağa kömək edir. Bu prosesin parasimpatik sinir sistemini aktivləşdirdiyi qeyd olunur. Araşdırmalar göstərir ki, müntəzəm nəfəs məşqləri edən insanlarda narahatlıq səviyyəsi azalır, diqqət və konsentrasiya daha yaxşı olur. Gündə 10–15 dəqiqəlik nəfəs məşqlərinin belə müsbət nəticələr verdiyi bildirilir.

Mütəxəssislər bu üsulu müalicə əvəzi kimi deyil, sağlam həyat tərzini dəstəkləyən əlavə vasitə kimi qiymətləndirirlər.