Növbəti ildən ilkin peşə təhsili alan şəxslər üçün də tələbə kreditlərinin tətbiqi nəzərdə tutulur.
Metbuat.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə dair hesabat tədbirində məlumat verib.
Onun sözlərinə görə, ilkin peşə təhsili üzrə kredit mexanizminin tətbiqini nəzərdə tutan qanunvericilik layihəsi artıq hazırlanıb və aidiyyəti qurumlara təsdiq üçün təqdim olunub.