Ukrayna prezidenti Vladimir Zelenski hazırda cəbhədə maksimum diqqətin müdafiəyə yönəldiyini deyib.

Metbuat.az xəbər verir ki, Ukrayna lideri bu barədə videomüraciətində danışıb:

"Mən indicə Qərargahda idim. Baş Komandan Aleksandr Sırskinin məruzəsinə görə, əsas əməliyyatlar Toretsk, Pokrovski və digər cəbhələrdə gedir. Rus hücumlarının əksəriyyəti indi oradadır. Ümumilikdə 80-dən çox yaşayış məntəqəsi azad edilib. Bütün bunları təmin edən hər bir döyüşçümüzə təşəkkür edirəm”.