“Arşın mal alan” filminin çəkilişindən olan nadir fotolar üzə çıxdı - VİDEO

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti kino-rejissor Rza Təhmasibin 130 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunub.

Metbuat.az xəbər verir ki, AzTV-də yayımlanan “Telesəhər” verilişindəki süjetdə aşkar olunan fotosənədin 1945-ci ildə lentə alınan “Arşın mal alan” bədii filminə aid olduğu qeyd edilib.

Nadir materiallar fotoqraf-rəssam Pərviz Quliyevin arxivindən tapılıb.

Əməkdar incəsənət xadimi Cəmil Quliyev fotonun ilk dəfə nümayiş oldunduğunu bildirib.

Şüşə üzərində olan bu foto maraqla qarşılanıb.

Videoda bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR