Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistana səfər edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan TŞ-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, səfər avqustun 28-də baş tutacaq. Qriqoryan Nyu-Dehlidə Hindistan baş nazirinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ajit Dovalla görüşəcək.