Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova arasında görüş olub.

Metbuat.az xəbər verir ki, bu barədə N.Kurtulmuş tviterdə yazıb.

O bildirib ki, görüş zamanı iki ölkə arasındakı əlaqələr, həmçinin, regional məsələlər müzakirə olunub.

N.Kurtulmuş və S.Qafarova parlamentlərarası əlaqələrin hazırkı səviyyəsindən məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, N.kurtulmuş Azərbaycanda səfərdədir.