Norveç və İsveçdə NATO-nun irimiqyaslı hərbi təlimlərinə başlanılıb.
Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, məşqlərə 31 ölkədən 50 min əsgər, 250 təyyarə, 65 gəmi və 10 mindən çox zirehli texnika cəlb edilib. Bu soyuq müharibə dövründən sonra Alyansın təşkil etdiyi ən böyük hərbi təlimlərdir.
Sınaqlar noyabrın 7-nə qədər davam edəcək. Təlimlərin soyuq təbiəti ilə seçilən ölkələrdə keçirilməsinin səbəbi hərbçiləri çətin vəziyyətdə mübarizə aparmağa hazırlamaqdır. Hərbi manevrlərin müdafiə məqsədli olduğu bildirilir.
Sübhan / METBUAT.az