"Onun fantastik baş məşqçi olduğunu bilirdik. Ən yaxşılardan biri olduğunu göstərdi. Hazırda çox yaxşı oynayırıq. Onun burda olması möhtəşəmdir".
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Çelsi"nin futbolçusu Eden Hazar deyib.
Belçikalı yarımmüdafiəçi Britaniya mətbuatına açıqlamasında yeni baş məşqçiləri Mauritsio Sarri haqda danışıb. O, Sarrinin çox tələbkar olduğunu bildirib: "Hər oyun çoxlu qollar vururuq. Sarri mənim güvənimi qaytardı. Məni dünyanın ən yaxşı futbolçulardan biri etmək istədiyini söylədi. Məndən hər oyun het-trik etməyi gözləyir. Bəli, bu, çətin olacaq. Əlimdən gələni edirəm".
Qeyd edək ki, Hazard bu mövsüm 10 oyuna 8 qol vurub, 3 assist edib.
Milli.Az