Badamdarda sürüşmə zonasında saat 15:00-a olan monitorinqin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Metbuat.az-a verilən məlumata görə, sürüşmə sahəsində asılı vəziyyətdə qalan tikilinin altındakı torpaq qatı artıq uçqun vəziyyətindədir.
"Tikilinin hərəkət etmə ehtimalı var. Ərazidə müşahidə olunan xırda çatların ölçüləri nəzərəçarpacaq dərəcədə artıb" - Qərargahdan bildirilib.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla