Aktrisa Pərvin Abıyeva kişiləri süründürdüyünü etiraf edib.

Publika.az xəbər verir ki, cazibədar aktrisa rəqqasə renkanın Lider Tv-də apardığı “Qadınlar nə istəyir?” verilişinin qonağı olub. Şəxsi həyatı ilə bağlı danışan məşhur bildirib ki, qarşı cins üçün çətin əldə edilən qadındır:

“Əslində çətin əldə edilən insanam, qarşı cinsi çox süründürürəm. Onu uzun müddət süründürəndən sonra özüm sürünməyə başlayıram. Sevəndə bütün sevgimi verirəm. Amma sevgini qarşı tərəfə 100 faiz göstərməyəsən gərək. Kiməsə möhkəm aşiq olmusansa, onu heç kimlə paylaşa bilmirsən, qısqancam. Sevgilimi sadəcə çox güvəndiyim xanımlara qısqanmıram”.