2 yaşında uşağı zorlayıb, daha sonra öldürən Mustafa Qəmər məhkəmə tərəfindən edam cəzasına məhkum edilib.
Metbuat.az avropa.info-ya istinadən xəbər verir ki, hadisə İraqda baş verib.
Bağdad məhkəməsi 2 yaşındakı uşağı zorlayıb, qətlə yetirən Mustafa Qəmər barəsində ölüm hökmü çıxarıb.
Məhkəmə hökmü çıxarılan prosesdə İraqın daxili işlər naziri Qasım Əl-Araci də iştirak edib.
Məhkəmə hökmündən sonra qatillə qısa söhbət edən nazir ona bu sözləri deyib: “Hansı üzlə Allahın hüzuruna çıxacaqsan?!”
Edam cəzası Bağdadın mərkəzi küçələrindən birində xalqın qarşısında həyata keçiriləcək.
Qeyd edək ki, bu, 2003-cü ildən sonra ilk edam cəzası olacaq.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla