Türkiyəli sənətçi Halil Sezai Cəfər Axundzadənin rejissorluğu ilə çəkilən "Qış nağılı" filmində rol alıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, filmin çəkilişləri üçün Bakıya gəlib. Özünəməxsus ifa və geyim tərzi ilə seçilən müğənni Bakı haqqında təəssüratlarını bölüşüb:

"Bu, artıq Bakıya 5-ci səfərimdir. Şəhəri gəzməyə vaxtım oldu, ən çox qədim tikili və tarixi abidələrin olduğu İçərişəhəri sevdim".

Türkiyədə ətək tərzi ilə tez-tez gündəmə gələn sənətçi ətəyə bənzəyən geyimi haqqında bunları deyib:

"Buna hakama deyilir. Həm şalvar, həm ətəyə bənzəyən hakama yaponların milli geyimidir, həm də çox rahatdır. Aykido və digər uzaq şərq idman növləri ilə məşğul olanların çoxu bu geyimi geyinir".

Milli.Az