Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Kürqaraqaşlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Rasim Allahşükür oğlu Yusifovu yolu keçmək istəyən zaman "VAZ-21011" markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Yusifov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az