Aktrisa Ülfət Bəşirin başına çəkiliş zamanı iş gəlib.
Metbuat.az-ın məlumatına görə, ikinci mərtəbədən tullanmaq istəyən aktrisa ayağını zədələyib. Ülfət bu haqda sosial şəbəkədə paylaşım edib:
"Dünən "Əfsanə qayıdır" filminin çəkiliş məkanında çox çətin bir səhnəm var idi: ikinci mərtəbədən yıxılmalı idim. Filmin rejissoru Emil Abdullayev dublyor gətirmişdi həmin səhnə üçün. Amma mən dublyoru istəmədim və özüm oynadım. Buda onun nəticəsi. Əsas odur ki, işimi sevə-sevə görürəm".