Metbuat.az-ın informasiya dəstəyi verdiyi, “Space” televiziyasında teleaparıcı Elçin Əlibəylinin təqdimatında yayımlanan “El bizim sirr bizim” verilişində " tamaşaçıların zövqünü korlayan verilişlərdən danışılıb.

Metbuat.az bildirir ki, verilişin qonaqlarından biri jurnalist Cavid Əhmədoğlu qonaqlarla və tamaşaçıların istəyi ilə razılaşmayaraq efirlərdə “18+” filmlərin, şouların olmasının tərəfdarı olduğunu bildirib:

“Zövqlər müxtəlifdir. Televiziya hər yaşda vətəndaşını düşünməlidir. 70 yaşlı kişinin cinsi həvəsi qalmayıbsa, 14 yaşlı gəncin nə günahı var?”

Cavidlə yaxın əyləşən xalq artisti Şeyx Əbdül isə jurnalistlə razılaşmayıb:

“Mənə yaxındı da dediklərin, ancaq o 14 yaşı 18 yaş elə. O ki qaldı kimin aktiv, kimin passiv olması, yaşdan asılı deyil. Bunu təcrübəli kişi kimi deyirəm.”

Mikayıl verilişinə görə efirdə... "Qələt edib oynamışam" - VİDEO - Oxumaq üçün tıkla