Çexiyanın futbol üzrə gənclər liqasında 10-cu turun oyunları keçirilib.

Milli.Az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya" "Dukla"ya evdə 2-3 hesabı ilə uduzub.

Nəbiyev start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.

"Slaviya"nın U-21 komandası hazırda 7 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Milli.Az