Amerikalı aktrisa-müğənni Lindsi Loxanın Fransada başına iş gəlib.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, o, qaçqın bir ailəsinin üzvü tərəfindən hücuma məruz qalıb.

Loxan ailəni insan oğurluğunda ittiham edərək övladlarını himayəsinə götürəcəyini bildirib. İnstaqram-da canlı yayıma bağlanan Lindsi yenidən həmin şəxslərlə söhbət etməyə başlayıb. Bu zaman uşaqların anası Hollivud ulduzuna yumruq atıb.

32 yaşlı aktrisa ağlayaraq video çəkməyə davam edib.

Milli.Az