“ABAD”-ın 2 yaşına hazırlıq aparılır.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzidir.

Ailə Biznesinə Asan Dəstək kollektivi yaranmasının 2 yaşını keçirməyə hazırlaşır. Bunun üçün də maraqlı rolik hazırlayıb.

Sözügedən rolikin səhnə arxası görüntüsünü təqdim edirik:


Narkotikdən dünyasını dəyişən ulduzlar ?FOTOLAR- Oxumaq üçün tıkla