İraqın Baş naziri Heydər əl-İbadi ictimai xidmətlərindən məhrum olduğuna görə nümayişlərə səhnə olan Bəsrada əməliyyatlar üzrə komandir general-leytenant Cəmil Şammarini tutduğu vəzifədən azad etdi.

Milli.Az TRT-yə istinadən bildirir ki, İbadinin mətbuat ofisindən verilən açıqlamada İbadinin Cəmil Şammarini Əməliyyatlar üzrə Komandirlikdən azad etdiyi bildirilib.

Ölkənin cənubundakı neft zəngini Bəsra şəhəri elektirik və ictimai xirmətlərdən məhrum olduğuna görə nümayişlərə səhnə olmuşdu. 30 nəfərin  həyatını itirdiyi nümayişlər qısa müddətdə Zikar, Babil, Meysan, Divaniyyə və Nəcəfə, son olaraq da paytaxt Bağdada yayılmışdı.

Milli.Az