Çinin Şensi bölgəsində məktəb çıxışında 9 şagirdi öldürən və 11 uşağı yaralayan Zhao Zevei edam edilib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, Çin məhkəməsinin rəsmi sosial şəbəkə hesabında yaydığı məlumata görə, iyul ayında Zhao Zevei adlı çinli 27 apreldə təşkil etdiyi hücumla günahlandırılaraq edam cəzasına məhkum olunub.
Məhkum qətliamı “köhnə məktəbindən və onu təhqir edən insanlardan intiqam almaq üçün”etdiyini etiraf edib.
Hakim uşaqların qəddarcasına öldürülməsinin bağışlanılmayacağını və cinayətkarın ən ağır cəza olan olan edamla cəzalandırılacağına qərar verib.
Qeyd edək ki, Çində daha əvvəl də oxşar səbəblərlə məktəblərdə belə hadisələr baş verib.