İngiltərə “Mançester Yunayted”in qapıçısı david De Xea Çempionlar Liqasında qalib olmağa iddialı olduğunu açıqlayıb. Xatırladaq ki, “qırmızı şeytanlar” bu gün “Yanq Boyz”la mübarizə aparacaq və bununla beynəlxalq arenada yola başlayacaqlar. Məlumat üçün bildirək ki, “Yunayted” Çempionlar Liqasını son dəfə 2008-ci ildə udub.

Mətbuat.az footballhd.ru-ya istinadən xəbər verir ki, futbolçu UEFA-nın mətbuat xidmətinə bu barədə deyib:“Biz nəticələri yaxşılaşdırmaq istəyirik. Bu, xüsusi turnirdir. “MY” uzun müddət bu turniri udmayıb, amma biz bunu bu dəfə bacaracağıq. Mübarizə aparacağımız qrup çox çətindir, İsveçrədə bizi ağır matç gözləyir. Biz qələbə ilə başlamaq istəyirik və bacardıqca çox matçda, eləcə də turnirdə qalib olmağa çalışacağıq. Amma bu, çox çətin olacaq”.

https://metbuat.az/news/1028096/devid-ve-viktoriya...- Bunu da oxuyun