Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslamın solo konserti baş tutub.
Metbuat.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, gecəni izləməyə gələn tanınmışlar arasında ifaçının bir müddət əvvəl qalmaqal yaşadığı Sevil və Sevinc bacıları da var idi.
Qeyd edək ki, Sevil və Sevinc “ATV maqazin onlarla” verilişində Xatirə haqda “3 ay efirə çıxmasa, unudulacaq” sözlərini demişdi. Qarşı tərəf də onlara sərt cavab verib. Daha sonra isə Xatirə sosial şəbəkədə paylaşım edərək, yanlış anlaşılma olduğunu bildirib.
Sosial media qısqanclığı ölümlə bitdi - 50 illik arvadını... - Oxumaq üçün tıkla