ABŞ-ın Şimali və Cənubi Karolina ştatlarında cərəyan edən "Florens" tropik qasırğası nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən CNN telekanalı məlumat yayıb.

Bundan əvvəl ölənlərin sayının 18 nəfər olduğu məlum idi.

Son məlumatlara görə, Şimali Karolinada 530 mindən çox, Cənubi Karolinada isə 60 mindən çox istehlakçı işıqsız qalıb.