“Hazırda nazirliyin xətti ilə 1,3 milyon insanın əmək pensiyası ilə, 409 mindən çox şəxsin aylıq sosial müavinətlə, 62,5 min insanın Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edilib”.

Metbuat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının iclasında çıxış edən nazir Sahil Babayev bildirib.

Onun sözlərinə görə, 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləği 2,2 dəfə, 2008-ci ilin sentyabrından müharibə əlilləri və onlara bərabər tutulanlar üçün təyin olunaraq ödənilən Prezident təqaüdlərinin məbləği orta hesabla 2-2,5 dəfə artırılıb.

Bakıdakı TIXACIN SƏBƏBİ - "İctimai nəqliyyatın prestiji qaldırımalıdır" - Oxumaq üçün tıkla