“Paşinyan həmişə siyasi şou yaratmaqla məşğul olub.
Əvvəl o, bunu media səviyyəsində edirdi, indi Ermənistanın
hakimiyyəti səviyyəsində”.
Bu barədə Publika.az-a açıqlamasında politoloq
Elçin Mirzəbəyli Ermənistanın baş naziri Nikol Paşinyanın
Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi
xidmətə başlaması ilə bağlı sərsəm açıqlamalarını şərh edərkən
deyib.
E.Mirzəbəyli deyib ki, Paşinyan öz oğlunu Qarabağa göndərərək, şou
düzəltməyə çalışdı: “Bu, hər kəsə bəllidir. Əslində o, bununla
Qarabağdakı separatçılara göstərmək istəyir ki, Ermənistanın
işğalçılıq siyasətindən əl çəkməyəcək. Oğlunu da faktiki olaraq
girov olaraq Qarabağa göndərib. Hərçənd, onun oğlunun necə xidmət
etdiyi də məlumdur. Paşinyan unutmamalıdır ki, Azərbaycan öz
ərazilərini işğaldan azad edəcək, Paşinyanın oğlu da, digər
şoumenlər də canlarını qurtarmaq üçün qaçacaqlar. Paşinyanın bu
davranışları onun nə qədər qeyri-ciddi tip olduğunu, sarı mətbuat
kimi sensasiya yaratmaq xarakterinə malik olduğunu göstərir”.

Politoloq qeyd edib ki, Azərbaycan Prezidentinin oğlu hər bir
vətəndaşının övladı kimi hərbi xidmət vəzifəsini yerinə
yetirir.
“Dövlət başçısı da hər bir valideyn kimi övladının andiçmə
mərasimində iştirak edir. Prezident bu məsələdə Azərbaycan
vətəndaşlarından biri olduğunu nümayiş etdirdi. Paşinyanın
yanaşması isə onun təfəkkürünün, primitiv dünyagörüşünün
məhsuludur. Bu gün Azərbaycan və Ermənistan müqayisə olunmayacaq
qədər bir-birindən fərqlənir. Çünki nə pritimiv Paşinyan, nə də
onun forpost ölkəsi müstəqil Azərbaycanla eyni səviyyəyə qoyula
bilər. Azərbaycanın müstəqil ordusu, güclü Silahlı Qüvvələri var.
Azərbaycan dövləti öz əsgərinin dayağıdır. Ermənistandan fərqli
olaraq Azərbaycanın sərhədlərini öz əsgərimiz qoruyur. Digər
dövlətlərin himayəsinə sığınan, dünyada pul dilənən bir ölkənin
ləyaqətsiz baş nazirinin dedikləri yalnız ikrah doğurur.
Ermənilərin özü də Paşinyandan utanmalıdır”, - deyə E. Mirzəbəyli
vurğulayıb.