ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı
müğənni Tunar Rəhmanoğlu olub.
Publika.az xəbər verir ki, müğənni, Əməkdar artist
Nüşabə Ələsgərli ilə aralarındakı yaşanan qalmaqaldan danışıb:
“Mən də bilmədim bu məsələ haradan, necə çıxdı. Nüşabə xanımın
illər öncə keçirdiyi məclisdə olan bir hadisə idi. Mənimlə bağlı
deyil. Bunu kimsə piar məqsədi və ya onun sənətinə pislik gətirsin
deyə etmişdi. Mən Nüşabə xanıma da and içdim ki, həmin videonu biz
yaymamışıq. Aramızda heç nə ola bilməz. Məclislərdə də görüşürük.
Mən nəyə görə elə bir şey edim ki? Mən bir mahnı oxuyuram reklam
oluram”.
Əməkdar artist isə məsələyə bu cür aydınlıq
gətirib:
“O video yayılanda da düşündüm ki, yəqin bunu Tunar edib. Bəlkə də
reklam, piar üçün, gündəmə gəlmək üçün. Həyatdı da... Amma sosial
şəbəkələrdə “Qısqanclıqdır, Nüşabə xanımdır da...” yazmağı çox
incitdi. Lazım olsa mən Tunarın özünə xəbər göndərərdim ki, oxuma,
düş aşağı. Tunar niyə o videonu sosial şəbəkədə özü də paylaşdı və
altda da şərhləri açıq qoyub, orada məni söydürür. Orada mənə
nalayiq sözlər deyirdilər. Toyuna gələ bilməmə səbəbim isə həmin
gün bütov toy oxumağım idi”.