Xəbər verdiyimiz kimi, keçən həftə Rza Zərrab Nyu-Yorkda, restoranda həyat yoldaşı Ebru Gündeşin keçmiş rəfiqəsi Ayşegül Uğurla suşi yeyərkən görüntülənmişdi.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu hadisədən sonra Ebru Gündeş Amerikaya yola düşüb. İddialara görə, ərini qısqanan Ebru Amerikaya gedərək Zərrabla görüşüb.

Qeyd edək ki, Rza Zərrab Amerikada həbs olunduqdan sonra müğənni ilə ayrılacaqları deyilsə də, onlar daha sonra bu qərardan vaz keçmişdilər.

Məlumat üçün bildirək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilərək Mayamidə həbs edilmişdi.