Dünyanın ən populyar supermodellərindən olan Keyt Apton "Yamamay" brendinin yeni kolleksiyasının reklamına çəkilib.

Milli.Az THe Sun-a istinadən bildirir ki, 29 yaşlı model sessiyadan bəzi fotoları paylaşaraq hamilə olduğunu etiraf edib.

K.Apton populyar beysbolçu Castin Verlanderlə qeyri-rəsmi nikahdadır.

Milli.Az