Qazaxıstanda "Air Astana" aviaşirkətinə məxsus təyyarənin mühərriki eniş etdikdən sonra alışıb.
Publika.az xəbər verir ki, yanğın söndürülüb, xəsarət alan yoxdur.
Qeyd olunur ki, alışma təyyarənin sol mühərrikində baş verib. Təyyarənin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub.
Hadisə ilə bağlı araşdırma aparılır.