Adolf Hitlerə məxsus gümüş üzük Avstriyadakı Topliz gölündən tapılıb.
Publika.az xəbər verir ki, üzərində A.Hitlerin adı həkk olunmuş üzüyü tapan kolleksiyaçı Gerhard Zauner onu 60 ildən çoxdur axtardığını, hələ 1959-cu ildə elə həmin gölə daldığını söyləyib.
Onun sözlərinə görə, üzük Hitlerin qarət olunmuş və indi Avropanın müxtəlif yerlərinə səpələnmiş şəxsi kolleksiyasındaymış.