Rza Zərrabın restoranda suşi yeyərkən görüntüləndiyi qadın Ebru Gündəşin rəfiqəsi çıxdı.
Xəbər verdiyimiz kimi, ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilərək Mayamidə həbs edilən, sonradan şahid kimi işə cəlb edilən Rza Zərrab ötən gün Nyu-Yorkda bir qadınla görüntülənib. Məlum olub ki, həmin xanım Rza Zərrabın həyat yoldaşı Ebru Gündəşin yaxın rəfiqəsidir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir vaxtlar Ebru Gündeşin pərəstişkarı olan Ayşegül Uğur sonradan müğənni ilə yaxın dostluq edib. Ebru Gündeş məsələ ilə bağlı heç bir açıqlama verməyib, lakin məşhur müğənninin Ayşegül Uğurla uzun zamandır küsülü olduğu və görüşmədikləri öyrənilib.
Xatırladaq ki, Rza Zərrab türkiyəli müğənni Ebru Gündeşlə evlidir. Cütlüyün boşanacağı xəbərləri yayılsa da, onlar rəsmi şəkildə ayrılmayıblar.