Suriyada kimyəvi silahla hücum təxribatı törədilə
bilər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər
Nazirliyinin köməkçisi Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, Suriyadakı terrorçuların əli ilə kimyəvi
silahdan istifadə oluna bilər: “Daha sonra bu bəhanə ilə Şam
günahlandırıla və ona qarşı hücuma keçə bilərlər”.
Ryabkov Türkiyə və Rusiyanın Suriya məsələsində fikir
ayrılıqlarının da olduğunu deyib.
“Türkiyə də Rusiya kimi ciddi milli maraqları olan bir ölkədir.
Mövqelərimiz 100 faiz üst-üstə düşməyə bilər, bu normaldır. Lakin
ortaq mövqenin tapılması üçün siyasi-diplomatik addımlar atılır”, -
deyə o bildirib.
Asif