Türkiyənin Şırnak əyalətinin Küpəli Dağ rayonunda təhlükəsizlik qüvvələri terrorçulara qarşı xüsusi əməliyyat keçirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xüsusi əməliyyat nəticəsində 5 PKK terrorçusu məhv edilib.

Qeyd edilir ki, əməliyyat aviasiya dəstəyi ilə həyata keçirilib.