Rusiya, Türkiyə və İran prezidentlərinin Tehranda
keçirilən zirvə görüşü başa çatıb.
Publika.az xəbər verir ki, liderlər bir sıra çağırışlar
ediblər.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İdlibin təkcə Suriya üçün
yox, Türkiyə üçün də həyatı əhəmiyyət kəsb etdiyini deyib.
“12 müşahidə postunu qurmaqda məqsədimiz İdlibdə mülki
vətəndaşların təhlükəsizliyini qorumaqdır. Öz xalqını öldürən
birinə İdflibin təhlükəsizliyi təlim edilməməlidir. İdlibdə atəşkəs
elan edilməlidir. Atəşkəs elan edə bilsək, bu önəmli addım olar”, -
deyə o bildirib.
Rusiya prezidenti Vladimir Putin Ərdoğanın İdlibin təhlükəsizliyi
ilə bağlı fikirləri ilə razı olduğunu bəyan edib.
İran prezidenti Həsən Ruhani deyib ki, ABŞ-ı Fərat çayının
şərqindən çıxmağa məcbur etməliyik.
Asif