İtaliyanın Florensiya şəhərinin rəhbərliyi küçədə turistlərə yemək yeməyi qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb. Bu qadağa tarixi şəhərin 4 mərkəzi küçəsinə şamil edilib. Qanun sentyabrın 4-dən qüvvəyə minib. Yeni qanuna görə, saat 12:00-dan 15:00-dək və 18:00-dan 20:00-dək Via de Neri (Via de Neri), Pyatsale deli Uffitsi (Piazzale degli Uffizi), Pyatsa del Qrano (Piazza del Grano) və Via della Ninna (Via della Ninna) küçələrində yemək yeyənlər 500 avro cərimələnəcək.

Qərarın qəbul edilməsinə səbəb yerli sakinlərin rahatlığını təmin etməkdir. Belə ki, çoxsaylı turistlərin küçənin ortasında dayanıb yemək yeməsi şəhərdə nəqliyyatın hərəkətinə mane olur. Yeni qadağanın yerinə yetirilməsinə cərimə yazmaq səlahiyyəti verilən könüllülər nəzarət edəcək.

Pərviz