"Rusiyada "Soyuz MS-09" kosmik gəmisinin üst örtüyünün qəsdən deşilməsi versiyası yoxlanılır".
Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu "Roskosmos" dövlət korporasiyasının baş direktoru Dmitri Roqozin deyib.
O hesab edir ki, bunu beynəlxalq kosmik stansiyasında olan kosmonavtlar və yaxud astronavtlar edə bilərdi.
Roqozin bildirib ki, kosmik gəminin üst örtüyüyün yerdə də zədələnməsi versiyası araşdırılır: "Həmçinin kosmosda qəsdən deşilməsi versiyası var".
Qeyd edək ki, avqustun 30-da Roqozin beynəlxalq kosmik stansiyasına bitişik "Soyuz" kosmik gəmisində hava itkisinin olduğunu bildirib. Buna səbəb eni 1,5 millimetrlik çat olub.
Milli.Az