Azərbaycan və Rusiya liderlərinin Soçi görüşü ən çox
işğalçı Ermənistanda həyəcana səbəb olub. Prezident İlham Əliyevlə
Prezident Vladimir Putinin imzaladığı sənədlər, əldə olunan
razılaşmalar və etdikləri çıxışlar İrəvanda “Moskva Bakıya dəstək
verməyə başladı” narahatlığını yaradıb.
Publika.az xəbər verir ki, erməni şərhçi Sarqis Artsruni
Rusiyanın Ermənistanla münasibətləri artıq qeyri-ciddi yanaşdığını
yazır: “Putin Nikol Paşinyanla protokol xarakterli görüşlər keçirib
və heç bir razılıq əldə olunmayıb. Bu kontekstdə Bakı və Moskva
arasında münasibətlərin inkişafı Ermənistan üçün son dərəcədə
həyəcanlıdır. Xüsusilə Əliyevlə Putinin Qarabağ müzakirəsi
Ermənistan üçün ağrılı perspektivlər vəd edir”.
Qeyd edək ki, Azərbaycan və Rusiya liderləri arasında keçirilən
Soçi görüşündən sonra Ermənistanın baş naziri Nikol Paşinyan
Putinlə danışıqlar üçün Moskvaya yola düşəcəyini bildirib. Paşinyan
qeyd edib ki, bu səfərdə bütün problemlərin həllinə ümid etmir,
lakin ən azı münasibətlərin gələcəkdə daha da pisləşməyəcəyinə
inanır. Görünür, Azərbaycan Prezidentinin Rusiyaya səfərindən sonra
Paşinyan Putinlə görüşmək üçün dəridən-qabıqdan çıxır.
Asif